Reklam resmi
Reklam resmi

Tramp İrana görə ƏSƏBLƏŞİB

Tramp İrana görə ƏSƏBLƏŞİB
Dünya

ABŞ prezidenti Donald Trampın İrandakı gərginlik fonunda ciddi psixoloji gərginlik yaşadığı iddia olunur.

Ajans.az xəbər verir ki, bu barədə britaniyalı siyasətçi Corc Qallouey sosial media hesabında paylaşım edib.

O bildirib ki, Trampın “əsəb pozğunluğu vəziyyətində” olduğu ehtimal edilir. Qalloueyin sözlərinə görə, ABŞ liderinin yaxın ətrafı, o cümlədən vitse-prezident J.D. Vens və hərbi rəhbərlik bu vəziyyətdən xəbərdardır.

Xatırladaq ki, bir gün əvvəl Donald Tramp İrana ultimatum verərək bəyan edib ki, əgər Hörmüz boğazı 48 saat ərzində açılmasa, ABŞ ölkənin enerji infrastrukturuna zərbələr endirməyə hazırdır.

Tehran isə bu təhdidlərə cavab olaraq bildirib ki, belə bir addım atılacağı təqdirdə, Yaxın Şərqdə yerləşən ABŞ və müttəfiqlərinin obyektlərinə qarşı “güzgü hücumları” həyata keçirilə bilər.

author picture
Leyla Bayandurlu
Mövzular:
ABŞ Donald Tramp İran

Digər Xəbərlər