İran generalı Trampı “axmaq” ADLANDIRDI- VİDEO
Dünən İran Polis Komandanlığının rəisi, general Əhmədrza Radan hökumət tərəfdarları qarşısında çıxış edərək ABŞ prezidenti Donald Tramp haqqında sərt ifadələr işlədib.
Ajans.az xəbər verir ki, Radan çıxışında Trampın mitinq görüntülərində süni intellektdən istifadə ilə bağlı açıqlamalarına istinad edib və onu tənqid edib.
Trampı “axmaq” adlandıran general onu dəvəyə bənzədib və ABŞ prezidentinin son açıqlamasını ələ salıb.
Radanın sözlərinə görə, bu reaksiyalar Trampın İranı dezinformasiya yaymaqda və süni intellekt vasitəsilə uydurma görüntülər yaratmaqda günahlandırmasına cavabdır.
Mövzular: