“Öldürüldü” xəbərlərindən sonra Laricanidən AÇIQLAMA
Bu gün İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani haqqında yayılan ölüm xəbərləri fonunda sosial şəbəkədə paylaşım edib.
Ajans.az xəbər verir ki, Laricani “X” hesabında İsrail hücumları nəticəsində öldürüldüyü iddialarından sonra iranlı dənizçilərə başsağlığı verib. O, paylaşımında İran Hərbi Dəniz Qüvvələri üzvlərinin dəfn mərasimi münasibətilə onların xatirəsinin xalqın yaddaşında qalacağını vurğulayıb.
Laricani bildirib ki, həlak olan dənizçilərin “şəhidliyi uzun illər silahlı qüvvələrin strukturunda ordunun əsasını möhkəmləndirəcək” və onlar üçün Allahdan ən yüksək məqam diləyib.
به مناسبت مراسم تشییع سلحشوران نیروی دریایی ارتش جمهوری اسلامی ایران: یاد آنان همواره در قلب ملت ایران خواهد بود و این شهادتها بنیان ارتش جمهوری اسلامی را برای سالها در ساختار نیروهای مسلح استوار مینماید. ازخداوند متعال علو درجات برای این شهدای عزیز خواستارم. pic.twitter.com/dvTdhyDYbY
— Ali Larijani | علی لاریجانی (@alilarijani_ir) March 17, 2026