Reklam resmi
Reklam resmi

MDB-nin kəşfiyyat rəhbərləri Moskvaya toplaşıb

MDB-nin kəşfiyyat rəhbərləri Moskvaya toplaşıb
Dünya

Moskvada MDB-yə üzv dövlətlərin təhlükəsizlik orqanları və kəşfiyyat xidmətləri rəhbərlərinin kəşfiyyat fəaliyyəti məsələlərinə dair iclası keçirilir.

Ajans.az xəbər verir ki, Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin (SVR) mətbuat bürosu qeyd edib ki, toplantıda birgə işin nəticələrinə baxılacaq, yaxın gələcəkdə MDB ölkələrinin kəşfiyyat xidmətləri arasında qarşılıqlı fəaliyyət üçün vəzifələr və prioritetlər müzakirə olunacaq.

İclasda Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan nümayəndə heyətlərinin iştirakı planlaşdırılır.

Mövzular:
Moskva MDB SVR müzakirə iştirak

Digər Xəbərlər