Reklam resmi
Reklam resmi

Polşa vətəndaşı casusluq şübhəsi ilə saxlanılıb

Polşa vətəndaşı casusluq şübhəsi ilə saxlanılıb
Dünya

Yunanıstanın Krit adasındakı Suda-Bey hərbi-dəniz bazası yaxınlığında casusluqda şübhəli bilinən 58 yaşlı Polşa vətəndaşı saxlanılıb.

Ajans.az xəbər verir ki, həmin şəxs cümə axşamı Xanya şəhərində həbs edilib.

Rəsmilərin məlumatına görə, şübhəli şəxs istefada olan Polşa hərbçisidir. Bildirilib ki, o, bazanın yaxınlığındakı Marati çimərliyinin yanında dayanmış ağ furqonda yaşayıb. Avtomobilə baxış zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları kriminalistlər tərəfindən araşdırılacaq noutbuk, yaddaş kartları və planşet aşkar ediblər.

Mövzular:
yunanıstan polşa casus

Digər Xəbərlər