Pentaqon Yaxın Şərqə əlavə qüvvə göndərir
Pentaqon İranın Hörmüz boğazında artan hücumlarına cavab olaraq Yaxın Şərqə əlavə dəniz piyadaları və hərbi gəmilər yerləşdirir.
Ajans.az xəbər verir ki, bu barədə “Voll Strit Jurnal” məlumat yayıb.
Bildirilib ki, müdafiə naziri Pit Heqset Yaxın Şərqdəki Amerika qüvvələrinə cavabdeh olan ABŞ Mərkəzi Komandanlığının bir neçə hərbi gəmidən və 5000 dəniz piyadasından ibarət desant qrupu və dəniz ekspedisiya bölməsi yaratmaq sorğusunu təsdiqləyib.
Mövzular: