Reklam resmi
Reklam resmi

Sinaqoqa maşınla HÜCUM: şübhəli ÖLDÜRÜLDÜ-bu ölkədə

Sinaqoqa maşınla HÜCUM: şübhəli ÖLDÜRÜLDÜ-bu ölkədə
Dünya

ABŞ-nin Miçiqan ştatında sinaqoqa avtomobillə daxil olaraq silahlı hücum edən şübhəli öldürülüb.

 Ajans.az xarici mediaya istinadən xəbər verir ki, Miçiqan ştatında yerləşən West Bloomfield şəhərindəki Temple Israel sinaqoquna edilən silahlı hücumla bağlı yeni bir məlumat əldə edilib. Miçiqan ştatının Oakland County şerifi Maykl Buşard sinaqoqa silahlı hücum edən şübhəlinin öldürüldüyünü açıqlayıb.

Buşard hücumçunun sinaqoqa avtomobillə daxil olduqdan sonra dəhliz boyunca irəlilədiyini bildirərək, "Burada ona təhlükəsizlik işçiləri müdaxilə etdi. Bu mərhələdə onu tam olaraq nəyin öldürdüyünü deyə bilmərik, amma təhlükəsizlik işçiləri şübhəliyə silahla qarşılıq veriblər" - deyib.

Mövzular:
Sinaqoq Hücum Ölüm

Digər Xəbərlər