Reklam resmi
Reklam resmi

Tehranda ictimai nəqliyyat PULSUZ OLACAQ

Tehranda ictimai nəqliyyat PULSUZ OLACAQ
Dünya

Tehran meri şəhərdə ictimai nəqliyyatın müharibə dövründə pulsuz olacağını elan edib.

Ajans.az xəbər verir ki, bu barədə Tasnim News Agency məlumat yayıb.

Məlumata görə, qərar paytaxt sakinlərinə dəstək göstərmək və yanacaq istehlakını tənzimləmək məqsədi daşıyır.

Rəsmi şəxsin sözlərinə görə, tətbiq edilən tədbir şəhərdəki bütün ictimai nəqliyyat vasitələrini əhatə edəcək. Qərar həm avtobuslara, həm də metro xidmətinə şamil olunur.

Şəhər rəhbərliyi hesab edir ki, bu addım müharibə şəraitində əhalinin gündəlik hərəkətini asanlaşdıracaq və yanacaqdan istifadəni azaltmağa kömək edəcək.

author picture
Leyla Bayandurlu
Mövzular:
İran Tehran

Digər Xəbərlər