İranda 9 xəstəxana fəaliyyətini DAYANDIRDI
ABŞ və İsrail hücumları səbəbindən İranda doqquz xəstəxana artıq fəaliyyət göstərmir.
Ajans.az xəbər verir ki, bunu İran parlamentinin Səhiyyə komitəsinin üzvü Məhəmməd Camalian deyib.
“Dərman ehtiyatları altı ay üçün kifayətdir. Estetik əməliyyatlar isə təcili xəstələr üçün yer açmaq məqsədilə dayandırılıb”, - o bildirib.
Mövzular: