"Hizbullah" ali liderə sadiqliyini bəyan etdi
Livanın "Hizbullah" hərəkatı Müctəba Xameneinin İranın ali lideri seçilməsini alqışlayıb və İranla ortaq yoluna sadiq qaldığını bəyan edib.
Ajans.az xəbər verir ki, bu barədə hərəkatın "Telegram" kanalında yayımlanan bəyanatda bildirilir.
"ABŞ və İsrailin cinayətkar təcavüzünə baxmayaraq, Ekspertlər Şurasının yeni liderin seçilməsində nümayiş etdirdiyi müdriklik və məsuliyyəti yüksək qiymətləndiririk. İranın mübarək rəhbərliyinə sarsılmaz sadiqliyimizi təsdiqləyirik", - deyə bəyanatda vurğulanır.
Mövzular: