Reklam resmi
Reklam resmi

İngiltərədə FACİƏ: Futbolçu oyun zamanı ÖLDÜ

İngiltərədə FACİƏ: Futbolçu oyun zamanı ÖLDÜ
Dünya

"Oksford Yunayted" futbol klubu akademiyasının 15 yaşlı üzvü Ameliya Eplinin faciəvi ölümü ilə bağlı bəyanat yayıb.

Ajans.az xəbər verir ki, hadisə klubun Horspat məşq mərkəzində, "Oksford" və "Fulhem"in qızlardan ibarət akademiya komandaları arasındakı matç zamanı baş verib.

Gənc qapıçı oyunun gedişində qəfildən yerə yıxılıb. Hər iki klubun tibbi heyətinin və hadisə yerinə çağırılan təcili yardım xidmətinin müdaxiləsinə baxmayaraq, xəstəxanaya çatdırılan Ameliyanın həyatını xilas etmək mümkün olmayıb.

author picture
Leyla Bayandurlu
Mövzular:
"Oksford Yunayted" futbol klubu İngiltərə

Digər Xəbərlər