İran tezliklə yeni Ali Liderini seçəcək
Qarşıdakı 24 saat ərzində İranın Ekspertlər Şurası üzvlərinin Ali Lideri seçmək üçün bir araya gələcəyi gözlənilir.
Ajans.az xəbər verir ki, bunu İranın Ekspertlər Şurasının üzvü Hüseyn Müzəffəri yerli mediaya açıqlamasında deyib.
Onun sözlərinə görə, indiyə qədər Ekspertlər Şurası heç bir iclas təşkil etməyib və hər hansı seçim olmayıb.
Müzəffəri qeyd edib ki, Ekspertlər Şurası ölkənin daha yüksək səviyyədə idarə olunması üçün uyğun ali lideri seçmək üçün çalışacaq.
Mövzular: