Qonşu ölkələrə hücumlar davam edəcək - SEPAH
İran prezidenti Məsud Pezeşkianın qonşu ölkələrindən üzr istəməsinə baxmayaraq, SEPAH ABŞ və İsrailə qarşı hücumları davam etdirəcəyini bildirib.
Ajans.az xəbər verir ki, bu gün səhər Pezeşkian hücuma məruz qalan qonşu ölkələrdən üzr istəyib və Müvəqqəti Rəhbərlik Şurasının silahlı qüvvələrə hücumları dayandırmağı əmr etdiyini açıqlayıb.
Ancaq SEPAH-ın Xatəm əl-Ənbiya qərargahının açıqlamasında İranın qonşu ölkələrə qarşı "hücumlar başlatmadığı" və əvvəlki bütün "aqressiv addımlarının" yalnız ABŞ və İsrailin bölgədəki hərbi obyektlərinə və maraqlarına qarşı yönəldiyi vurğulanıb.
Mövzular: