Reklam resmi
Reklam resmi

İran ABŞ-nin mühüm radar stansiyasını MƏHV EDİB

İran ABŞ-nin mühüm radar stansiyasını MƏHV EDİB
Dünya
342

Münaqişənin ilk günlərində İran Rusiyanın cənubunu və Yaxın Şərq regionunu izləyən ABŞ-a məxsus hərbi radar stansiyasını məhv edib.

Ajans.az xəbər verir ki, bu barədə hərbi ekspert, Safir Analitik Mərkəzinin rəhbəri Aleksey Boqatıryov bildirib.

O, “İran-ABŞ münaqişəsi: regional gərginləşmə riskləri və Rusiyanın Yaxın Şərqdəki maraqları üçün nəticələri” mövzusunda keçirilən dəyirmi masa müzakirəsi zamanı qeyd edib ki, Tehran 2025-ci ildəki əvvəlki qarşıdurma zamanı “saxladığı” radar günbəzini nümayişkaranə şəkildə məhv edib.

Ekspertin sözlərinə görə, həmin radar Rusiyanın cənub-qərbində və Yaxın Şərqdə baş verən prosesləri izləməyə imkan verirdi. O əlavə edib ki, bu tip təxminən altı radar mövcuddur və onlardan birinin məhv edilməsi həm Rusiyanın, həm də Çinin regiondakı vəziyyət barədə məlumatlılığını əhəmiyyətli dərəcədə azaldıb.

Boqatıryov həmçinin vurğulayıb ki, hazırda İran, ABŞ və İsrail faktiki olaraq tammiqyaslı hərbi qarşıdurma vəziyyətindədir və tərəflər hələlik gərginliyi azaltmağa və münaqişəni həll etməyə hazır görünmür.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
İsrail İran

Digər Xəbərlər