Xameneinin öldürülməsi planı ötən il HAZIRLANIB
İsrail İranın Ali Lideri Əli Xameneini öldürmək qərarını 2025-ci ilin noyabr ayında qəbul etmişdi.
Ajans.az xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb.
Məlumata görə, İsrailin müdafiə naziri İsrael Katz bildirib ki, həmin vaxt İsrail rəhbərliyi Xameneinin aradan qaldırılması ilə bağlı qərar verib və əməliyyatın təxminən altı ay sonra həyata keçirilməsi planlaşdırılıb.
Bildirilir ki, Xamenei şənbə günü başlayan ABŞ–İsrail birgə hava kampaniyasının ilk saatlarında öldürülüb. Bu hadisə ölkənin ali liderinin hava hücumu nəticəsində öldürüldüyü ilk hal kimi qiymətləndirilir.
Mövzular: