Ajans.az xəbər verir ki, zərbələr kəşfiyyat məlumatları əsasında həyata keçirilib və İran ərazisində hərbi infrastrukturun hədəfə alındığı növbəti əməliyyat dalğasının tərkib hissəsi olub.
“İHQ kəşfiyyatının təlimatlarına əsasən hərəkət edən İsrail Hərbi Hava Qüvvələri ölkə daxilində İran rejiminin infrastrukturuna qarşı 12-ci zərbə dalğasını tamamlayıb. Əlborz əyalətində endirilən zərbələr zamanı bütün daxili təhlükəsizlik qüvvələrinə cavabdeh olan xüsusi bölmənin qərargahı hədəfə alınıb. Bu qərargah əyalətdəki xüsusi bölmələrə komandanlıq edir və rejimin silahlı qüvvələrinə rəhbərlik edir”, – deyə məlumatda qeyd olunub.
İHQ həmçinin bildirib ki, zərbələr zamanı İslam İnqilabı Keşikçiləri Korpusuna (İİKK), “Bəsic” yarımhərbi milisinə, eləcə də Daxili Təhlükəsizlik Qüvvələrinin mərkəzi komandanlıq məntəqəsinə məxsus əlavə hədəflər də vurulub.