İran Naxçıvana dron hücumunu TƏKZİB ETDİ
Bu gün İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi Naxçıvan beynəlxalq hava limanı yaxınlığına edilən dron hücumunda Tehranın iştirakını iştirakını təkzib edib.
Ajans.az xəbər verir ki, diplomat bununla bağlı, AnewZ telekanalına müsahibəsində "İran qonşu ölkələrə zərbə endirmir.
Bu hadisə hərtərəfli araşdırma tələb edir", - deyə, bildirib. O, İslam Respublikasının müdafiə strategiyasının seçici olduğunu vurğulayıb. Onun sözlərinə görə, yalnız İranın düşmənlərinə hərbi bazaların yerləşdirilməsi üçün öz ərazilərini təmin edən ölkələr zərbələrə məruz qala bilərlər.
Посмотреть эту публикацию в Instagram