Reklam resmi
Reklam resmi

Sabahı partlayış səsi ilə açılmayan Azərbaycan VƏTƏNDAŞI

Sabahı partlayış səsi ilə açılmayan Azərbaycan VƏTƏNDAŞI
Gündəm
616

2021-ci ilin oktyabr ayında İran səfirindən özəl açıqlama almışdım.  Soruşdum ki, Azərbaycan torpaqları işğalda olan zaman, qonşuluğunuzda separatçılar yerləşəndə niyə hərbi təlim keçirmirdiz? İndi torpaqlar azad olub, sərhədə Azərbaycan əsgəri nəzarət edir, separatçı məhv edilib, sakinlər evinə qayıdır siz indi güc göstərirsiz. Təbii ki, yayındı və özünəməxsus diplomatik cavab verdi.  Bu gün İran səması alovlar içindədir. Hər gün, hər saniyə insanlar, uşaqlar ölür. Amma bu hücumlarda Azərbaycanın hava məkanından, ərazisindən istifadə edilmir. Biz heç vaxt öz ərazimizi qonşumuza təhdid və təhlükə məkanına çevirmədik. Biz Zəngəzur dəhlizi layihəsinə start verəndə İran gedib Ermənistan ərazisində bir daxma tikib adını konsulluq qoymuşdu.

Bu günkü real acınacaqlı vəziyyətdə İranın qırmızı xətti olan Ermənistanın səsi çıxmır. Paşinyan avtobusda peraşkidən, qarğıdalıdan yeyə-yeyə gəzir, Tiflisdə baraban çalır. Heç vecinə də deyil. Əslində bu heç İranı da narahat eləmir. Bir dəfə də olsun Ermənistanın bu laqeyd münasibətini qınamadı da. Demək ki, qırmızı xətt Ermənistan deyil. Qırmızı xətt Azərbaycanın inkişafına olan dözümsüzlükdür. Bəlkə gələcəkdə İran yanaşmasını dəyişə. Azərbaycana mane olmaq yox yanında olmağı seçə. Regionda niyə əbədi gərginlik səbəbi olasan axı? Bu nə bəd, qarabatdaq, fitnə-fəsad xasiyyətdir axı?

Bu gün Azərbaycanın bir addımlığında baş verən qeyri sabit vəziyyətlə müqayisədə məmləkətimizin insanı sabahlarını partlayış səsi ilə açmır. Qorxusuz-hürküsüz öz işi ilə məşğul olur. Məktəblərdə uşaqlarımız ölmür. Səmamız aydındır. Əyləncəmiz yerində. Həyat sabit və stabil öz axarı ilə davam edir. Dövlətimizin, Vətənimizin qədrini bilək. Bilmədiyimiz, təsəvvür edəməyəcəyimiz təzyiq və təhlükələrə rəğmən sabit Azərbaycanı var edən Cənab Prezidenti Allah qorusun.

author picture
Tural Müseyibov
Mövzular:
İran Bakı müharibə

Digər Xəbərlər