Reklam resmi
Reklam resmi

Ukrayna bəzi yaşayış məntəqələrini azad etdi

Ukrayna bəzi yaşayış məntəqələrini azad etdi
Dünya

Ukrayna müdafiəçiləri Aleksandrovsk istiqamətində doqquz yaşayış məntəqəsini azad etməyə nail olublar. Onların irəliləməsi davam edir.

Ajans.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Ukrayna hərbi komandanlığı diqqətə çatdırıb ki, Desant-Hücum Qoşunlarının döyüşçüləri cənub istiqamətdə ərazilərini azad etməyə davam edirlər.

“Zonamızda üç yaşayış məntəqəsi düşməndən təmizlənib və hazırda daha bir neçə yaşayış məntəqəsinin azad edilməsi üzərində işlər görülür”, - deyə Baş Qərargah bildirib.

Mövzular:
Ukrayna Rusiya müharibə

Digər Xəbərlər