Reklam resmi
Reklam resmi

Putinin tapşırığı ilə Rusiya vətəndaşları Misirdən TƏXLİYƏ EDİLİB

Putinin tapşırığı ilə Rusiya vətəndaşları Misirdən TƏXLİYƏ EDİLİB
Dünya

Rusiya vətəndaşlarının Misirdən təxliyəsi həyata keçirilib. Rusiya Fövqəladə Hallar Nazirliyinə məxsus İl-76 tipli xüsusi təyyarə vətəndaşları Moskva vilayətində yerləşən Jukovski hava limanına çatdırıb.

Ajans.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Məlumata görə, təyyarə əsasən diplomatik nümayəndəlik əməkdaşlarını və onların ailə üzvlərini daşıyıb. Sözügedən şəxslər daha əvvəl quru keçid məntəqələri vasitəsilə Şarm əl-Şeyx şəhərinə keçmiş, İsraildə fəaliyyət göstərən Rusiya qurumlarının əməkdaşları olub.

Təxliyə Rusiya Prezidenti Vladimir Putinin və Rusiya Fövqəladə Hallar Nazirliyinin rəhbəri Aleksandr Kurenkovun tapşırıqlarına uyğun olaraq təşkil edilib. Hazırda Rusiyaya 84 nəfər gətirilib, onlardan 38-i yetkinlik yaşına çatmayanlardır.

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İran ərazisində genişmiqyaslı hərbi əməliyyatlara başlayıb. ABŞ Prezidenti Donald Tramp əməliyyatların məqsədini “Amerika xalqının təhlükəsizliyinin qorunması” kimi izah edib.

Zərbələr zamanı İrandakı bir sıra hərbi və mülki obyektlər, o cümlədən Minab şəhərində yerləşən məktəb hədəfə alınıb. Buna cavab olaraq İran “Əsl Vəd 4” adlı əməliyyata start verərək Yaxın Şərqdə və İsrail şəhərlərində yerləşən Amerika hərbi bazalarına zərbələr endirib. Hücumlar BƏƏ, Bəhreyn, İraq, Oman və digər Körfəz ölkələrinə də təsir göstərib.

Martın 1-də isə İranın ali lideri Ayətullah Əli Xameneinin İsrail hücumları zamanı öldürüldüyü barədə məlumat yayılıb.

author picture
Leyla Bayandurlu
Mövzular:
Rusiya Rusiya Fövqəladə Hallar Nazirliyi

Digər Xəbərlər