İtaliya İrandakı vətəndaşlarına ÇAĞIRIŞ ETDİ
İtaliyanın Xarici İşlər Nazirliyi (XİN) vətəndaşlarını İranı tərk etməyə çağırıb və davam edən qeyri-sabit təhlükəsizlik vəziyyətinə görə Yaxın Şərqdə son dərəcə ehtiyatlı olmağı tövsiyə edib.
Ajans.az xəbər verir ki, İtaliya hökuməti turist kimi İranda olan və ya orada qalmaqları zəruri olmayan vətəndaşlara ölkəni tərk etməyi tövsiyə edir.
Həmçinin, İraq və Livana səfərlər də məsləhət görülmür. İsraildə olan İtaliya vətəndaşlarına isə maksimum ehtiyatlı və diqqətli olmaq tövsiyə edilib.
Mövzular: