Reklam resmi
Reklam resmi

Türkiyə–Azərbaycan sərhədində dəmir yolunun bərpası müzakirə edilib

Türkiyə–Azərbaycan sərhədində dəmir yolunun bərpası müzakirə edilib
Dünya

Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur nazirinin müavini Armen Simonyan ilə nəqliyyat nazirinin müavini Dmitri Zverevin rəhbərlik etdiyi Rusiya nümayəndə heyəti arasında keçirilən görüşdə Azərbaycan və Türkiyə ilə sərhədlərə aparan dəmir yolu hissələrinin bərpası məsələləri diqqət mərkəzində olub.

Ajans.az xəbər verir ki, bu barədə Ermənistanın Nəqliyyat Nazirliyinin mətbuat xidməti məlumat verib.

"Tərəflər Gümri-Axurik-Türkiyə sərhədi və Ərəşx-Azərbaycanın Naxçıvan Muxtariyyəti ilə sərhəd dəmir yolu infrastrukturunun bərpası və tikintisi məsələlərini müzakirə ediblər", - deyə məlumatda bildirilir.

Onlar həmçinin avtomobil və hava nəqliyyatı sahələrində əməkdaşlıq məsələlərini müzakirə edib və bu məsləhətləşmələri nəzərdən keçirmək barədə razılığa gəliblər.

Mövzular:
Ermənistan Rusiya türkiyə sərhəd

Digər Xəbərlər