Reklam resmi
Reklam resmi

Ermənistana daha çox Azərbaycan benzini gətirilməlidir

Ermənistana daha çox Azərbaycan benzini gətirilməlidir
Dünya

Azərbaycan benzini 430 dram (təqribən 0,8 dollar) qiyməti ilə gəlir və çox tez tükənir.

Ajans.az xəbər verir ki, Parlamentdə jurnalistlərlə söhbət zamanı İqtisadiyyat naziri Gevorg Papoyan bildirib ki, nə qədər çox benzin gətirilsə, bir o qədər tez tükənir və Azərbaycan benzini tükəndikcə digər benzinlərin qiyməti yenidən qalxır.

“Nəticə budur ki, xalq üçün ucuz benzin təmin etmək üçün Azərbaycan benzini daha çox gətirilməlidir. Nə qədər çox gətirsək, qiymətlər bir o qədər aşağı düşəcək və bu tam məntiqlidir”, – Papoyan vurğulayıb.

O qeyd edib ki, Azərbaycan benzini idxal edilməzdən əvvəl adi benzin 500-520 dram arasında satılırdı. İndi isə 445 dram olsa belə, əvvəlki qiymətlə müqayisədə 55 dram fərq yaranıb. 520 dram olduğu dövrlərdə bu fərq 75 dram təşkil edirdi.

“Hər litrdə 75 dram, 10 litrdə 750 dram qənaət olunur. Daha çox benzin gətirilsə, qiymətlər daha da aşağı düşür. Bu pul insanların cibində qalır? Yox, bu pul Ermənistanda qalır”, – o əlavə edib.

Papoyan Azərbaycana ixracla bağlı sualın cavabında bildirib:

“Müzakirələr aparılır. Azərbaycan bizə ixrac edə biləcəyi məhsulların siyahısını təqdim edib. Biz də onlara ixrac edə bilərik, lakin hələ ciddi rəqabət üstünlüyümüz yoxdur. Təbii ki, müxtəlif mədəni və psixoloji çətinliklər də var. Amma proses davam edəcək və ticarət qurulacaq. İkitərəfli ticarətdə yüz milyonlarla dollar potensial var, lakin bu zaman tələb edir”.

O əlavə edib ki, Azərbaycandan yanacaq idxalı artıq biznesə buraxılıb:

“Onlar pulu köçürəcək, biz benzin alacağıq və burada əlverişli qiymətə satacağıq”.

Mövzular:
Benzin Ermənistan nazir Azərbaycan

Digər Xəbərlər