ABŞ Kaliforniya Universitetini məhkəməyə verib
ABŞ-ın Ədliyyə Nazirliyi Kaliforniya Universitetinə qarşı məhkəmə iddiası qaldırıb.
Ajans.az bildirir ki, məlumatı TASS yayıb.
Baş prokuror Pamela Bondi qeyd edib ki, universitet rəhbərliyi kampusda şiddətli antisemitizmin yayılmasına imkan yaradıb və bu həm tələbələrə, həm də işçilərə zərər verib.
Məlumata görə, professorlara qarşı təqib, hədə-qorxu və fiziki zorakılıq hallarına diqqət yetirilməyib. Bəzi işçilər distant işləməyə, məzuniyyətə çıxmağa və ya istefa verməyə məcbur olublar.
Mövzular: