Roma Papası bu ölkələrə səfər edəcək
Roma Papasının Afrikaya səfəri nəzərdə tutulur. Aprelin 13-dən 23-dək gerçəkləşməsi planlaşdırılan bu ziyarət cari ildə pontifikin qitəyə ilk iri xarici səfəri olacaq.
Ajans.az-ın məlumatına görə, Papa XIV Leo Əlcəzair, Anqola, Ekvatorial Qvineya və Kameruna səfər edəcək.
Səfər çərçivəsində Papanın dünya liderlərini Afrikada inkişaf təşəbbüslərini dəstəkləməyə çağıracağı, həmçinin katolik–müsəlman dialoqunun gücləndirilməsi və dinlərarası əməkdaşlığın təşviqi məsələlərini ön plana çəkəcəyi gözlənilir.(unikal)
Mövzular: