Xameneinin iqamətgahı yaxınlığında SİLAHLI ATIŞMA
İranın Ali Lideri Ayətullah Əli Xamenei-nin Tehranda yerləşən qərargahının yaxınlığında silahlı toqquşma baş verib.
Ajans.az bildirir ki, məlumatı yerli Telegram kanalları yayıb.
Xəbərə görə, İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) üzvləri ilə Marksist “Mücahid-e Xalq” (MEK) təşkilatı arasında toqquşmalar baş verib. MEK-in bəyanatında ən azı 100 nəfərin öldürüldüyü və ya saxlanıldığı iddia olunur. Təşkilat həmçinin 150-dən çox üzvünün bazalarına qayıtdığını qeyd edib.
Mövzular: