Reklam resmi
Reklam resmi

Ukraynada İki yüksəkrütbəli şəxs SAXLANILDI

Ukraynada İki yüksəkrütbəli şəxs SAXLANILDI
Dünya

Ukrayna Hərbi Hava Qüvvələrinin logistika komandanı Andrey Ukrainets və Jitomir vilayətinin Təhlükəsizlik Xidməti İdarəsinin rəisi Vladimir Kompaniçenko ölkələrində saxlanılıblar.

Ajans.az xəbər verir ki,bu barədə Ali Radanın deputatı Aleksey Qonçarenko öz "Telegram" kanalında məlumat verib.

"Ukrayna Təhlükəsizlik Xidməti Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığının logistika komandanı, polkovnik Andrey Ukrainets və Jitomir vilayətinin Təhlükəsizlik Xidməti İdarəsinin rəisi, polkovnik Vladimir Kompaniçenkonu 320 000 dollar rüşvət aldıqlarına görə saxlayıb.

İstintaqın versiyasına görə, onlar aerodromlar üçün qoruyucu qurğularının tikintisindən əldə edilən vəsaitlərin mənimsənilməsini təşkil ediblər", - deyə Aleksey Qonçarenko bildirib.

author picture
Leyla Bayandurlu
Mövzular:
Ukrayna Hərbi Hava Qüvvələri Andrey Ukrainets

Digər Xəbərlər