Meksika prezidenti İlon Maskı məhkəməyə verəcək
Meksika Prezidenti Klaudiya Şeynbaum amerikalı sahibkar İlon Mask-ı kartellərlə bağlı etdiyi açıqlamalara görə məhkəməyə verməyə hazırlaşır.
Ajans.az bildirir ki, Şeynbaum bunu jurnalistlərə açıqlamasında təsdiqləyib.
“Məhkəmə işini vəkillər aparır”, – Meksika lideri bildirib.
Qeyd edək ki, Mask bundan əvvəl sosial şəbəkələrdə Şeynbaum haqqında “o, yalnız kartel rəhbərlərinin dediklərini təkrarlayır” şərhini paylaşmışdı.
Mövzular: