Hindistan Rusiyadan qırıcı təyyarə sifariş edəcək
Hindistan hava qüvvələrinin döyüş qabiliyyətini artırmaq üçün Rusiyanın beşinci nəsil Sukhoi Su-57 qırıcı təyyarələrini almaq imkanlarını araşdırır və bu təyyarələrdən 40-a qədər ala bilər.
Ajans.az xəbər verir ki, bu barədə Hindistan telekanalı məlumat yayıb.
Bildirilir ki, Su-57 qırıcı təyyarələrinin alınması, artan regional təhlükəsizlik problemləri fonunda ölkənin təyyarə donanmasını gücləndirmək üçün potensial tədbir kimi nəzərdən keçirilir.
Mövzular: