Reklam resmi
Reklam resmi

İrana hücumla bağlı QƏRAR - Bu ölkədən

İrana hücumla bağlı QƏRAR - Bu ölkədən
Dünya

İordaniya öz ərazisindən İrana hücum üçün istifadəyə icazə verməyəcək.

Ajans.az xəbər verir ki, bu barədə İordaniya Radio və Televiziya Korporasiyası mənbəyə istinadla məlumat yayıb.

Mənbənin sözlərinə görə, İordaniya ABŞ-la İran arasında davam edən danışıqların regionda müharibənin qarşısını alacaq siyasi razılaşma ilə nəticələnəcəyinə ümid edir.

Həmçinin bildirilib ki, ABŞ-ın İordaniyadakı hərbi mövcudluğu iki ölkə arasındakı müdafiə sazişləri çərçivəsində həyata keçirilir.

Qeyd edək ki, bundan öncə ABŞ-ın İrana hücum üçün İordaniyadakı hərbi bazasına çoxsaylı hərbi texnika göndərdiyi haqda məlumat yayılmışdı.

Mövzular:
İordaniya İran Hücum Radio və Televiziya Korporasiyası

Digər Xəbərlər