Çarşaf və niqaba məhdudiyyət qoyuldu - BU ÖLKƏDƏ
İspaniyanın bir sıra bələdiyyələrində çarşaf və niqab istifadəsinə qarşı yeni məhdudiyyətlər tətbiq edilib.
Ajans.az xəbər verir ki, Burgos şəhərində çarşaf və niqab ilə bələdiyyə inzibati binalarına giriş qadağan olunub. Sosialist İşçi Partiyası üzvləri bu qərara etiraz edərək, onun islamofobiya və qadınlara qarşı diskriminasiya yaratdığını bildiriblər.
Qeyd edək ki, məhdudiyyətlər yalnız bələdiyyə ərazilərində qüvvəyə minir və xüsusi hallar istisna olmaqla, digər ictimai məkanlarda tətbiq olunmur.
Mövzular: