Reklam resmi
Reklam resmi

Sosial şəbəkələrlə bağlı araşdırma başlanıldı - BU ÖLKƏDƏ

Sosial şəbəkələrlə bağlı araşdırma başlanıldı - BU ÖLKƏDƏ
Dünya

Türkiyənin Şəxsi Məlumatların Qorunması Qurumu (KVKK) bu gün "TikTok", "Instagram", "Facebook", "YouTube", "X" (əvvəlki Twitter) və "Discord" kimi əsas sosial media platformaları haqqında araşdırma başladıldığını açıqlayıb.

Ajans.az xəbər verir ki, açıqlamada bildirilir ki, araşdırmanın məqsədi uşaqların onlayn mühitdə qarşılaşa biləcəyi potensial risklərə qarşı qorunmasını təmin etmək və bu platformalarda uşaqların şəxsi məlumatlarının necə işlənməsinin və hansı təhlükəsizlik tədbirlərinin alındığının yoxlanılmasıdır.

KVKK bildirib ki, bu addım “uşaqların yüksək xeyiri” prinsipinə əsaslanaraq həyata keçirilir və sosial media şirkətlərinin Türkiyə qanunvericiliyinə uyğun hərəkət edib-etmədiyi qiymətləndiriləcək.

Araşdırma çərçivəsində hələlik şirkətlərə qarşı hər hansı bir cəza və ya məcburetmə tədbiri elan edilməyib və KVKK tərəfindən konkret nəticələr hələ açıqlanmayıb

Mövzular:
"TikTok" "Instagram" "Facebook" "YouTube" "X" "Discord"

Digər Xəbərlər