Hərkəsin gözlədiyi XƏBƏR: Ağır xəstəliyin DƏRMANI TAPILDI
Yaponiyada Parkinson xəstəliyinin müalicəsi üçün induksiya edilmiş pluripotent kök hüceyrələrindən (iPS hüceyrələri) istifadə edilərək hazırlanmış dərman qismən təsdiqlənib.
Ajans.az xəbər verir ki, bu barədə Kyoto Universitetinin iPS Hüceyrə Tədqiqatları və Tətbiqi İnstitutu açıqlama verib.
İnstitutun direktoru Jun Takahashi bildirib:
"Bu, irəliyə doğru böyük bir addımdır. Bu müalicə metodunun mümkün qədər tez etibarlı standart seçimə çevrilməsini təmin etmək üçün əlimizdən gələni edəcəyik."
Dərmanın tərkibində iPS hüceyrələrindən yetişdirilmiş sinir hüceyrələri var və onlar Parkinson xəstəliyi olan xəstələrə transplantasiya üçün nəzərdə tutulub. Ötən ilin aprel ayında Kyoto Universiteti bu hüceyrələrin transplantasiyasından sonra bəzi xəstələrdə müsbət dəyişiklikləri göstərən klinik sınaq nəticələrini təqdim etmişdi.
Avqust ayında Sumitomo Pharma bu məhsulun Amshepuri ticarət adı altında təsdiqlənməsi üçün müraciət edib və nəzərdən keçirmə prosesi sürətləndirilib.
Bundan əlavə, işemik kardiyomiyopatiyanın müalicəsi üçün nəzərdə tutulmuş iPS hüceyrələrinə əsaslanan dərman da qismən təsdiqlənib. Hər iki dərman öz növündə unikaldır və hazırda dünyada analoqu yoxdur.