Çində FACİƏ: altı xilasedici HƏLAK OLDU
Çinin Hunan əyalətində yanğınsöndürmə maşınının uçurumdan düşməsi nəticəsində altı Çin xilasedicisi həlak olub, bir nəfər isə yaralanıb.
Ajans.az xəbər verir ki, hadisə 19 fevral axşamı Sinxua dairəsində baş verib. Yanğınsöndürənlər Luguan kəndində baş vermiş yanğını söndürdükdən sonra anbarlarına qayıdırmışlar.
Çin Mərkəzi Televiziyası məlumat verir ki, hüquq-mühafizə orqanları hadisənin səbəbini araşdırır, yaralı şəxsə tibbi yardım göstərilir.
Mövzular: