Reklam resmi
Reklam resmi

Rusiya 66 ildən sonra ilk dəfə Olimpiadada medalsız qalıb

Rusiya 66 ildən sonra ilk dəfə Olimpiadada medalsız qalıb
Dünya

Rusiyalı fiqurlu konkisürənlər 1960-cı ildən bəri ilk dəfə Qış Olimpiya Oyunlarında medalsız qalıblar.

Ajans.az “Championship” nəşrinə istinadən xəbər verir.

Rusiya 2026-cı ildə İtaliyada keçirilən Qış Olimpiya Oyunlarında qadınların tək konkisürmə yarışında Adeliya Petrosyan, kişilərin tək konkisürmə yarışında isə Petr Qumenniklə təmsil olunub.

Petrosyan qadınların tək konkisürmə proqramında altıncı yeri tutub. Eteri Tutberidzenin yetirməsi qısa proqram və sərbəst proqramın yekununa əsasən 214,53 xal toplayıb. Sərbəst proqramda hakimlər ona 141,64 xal veriblər.

İdmançı sərbəst proqramın əvvəlində proqramına daxil etdiyi ultra-c səviyyəli dördlü barmaq ilgəyi elementini yerinə yetirə bilməyib.

author picture
Leyla Bayandurlu
Mövzular:
Qış Olimpiya Oyunları Rusiya

Digər Xəbərlər