Məşhur reperi Litvaya girişini QADAĞAN EDİBLƏR
Litva hakimiyyəti rusiyalı reper Gio Pikanın (əsl adı Georgi Djioyev) ölkəyə girişini 2031-ci ilə qədər qadağan edib.
Ajans.az xəbər verir ki, bu barədə Litvanın milli ictimai yayımçısı LRT məlumat yayıb. Qərar Litva Daxili İşlər Nazirliyi tərəfindən qəbul olunub.
Nazirliyin açıqlamasında bildirilib ki, Miqrasiya Departamentinə adı çəkilən Rusiya vətəndaşının Litva Respublikasına girişi qadağan olunmuş əcnəbilərin ictimai siyahısına daxil edilməsi tapşırılıb. Qadağa 19 fevral 2031-ci ilədək qüvvədə olacaq.
Georgi Djioyevin martın 21-də Vilnüsdə konsert verməsi planlaşdırılırdı. Vilnüs meri Valdas Benkunskas reperin ölkəyə buraxılmamasını tələb edərək, onun xüsusi hərbi əməliyyatın başlanmasından bəri Rusiyada rekord sayda konsertlər təşkil etdiyini qeyd etmişdi.
Məlumata görə, Daxili İşlər Nazirliyi qərarı Litvanın xarici işlər naziri Kestutis Budrisin müraciətini nəzərə alaraq qəbul edib.