Tanınmış aktyor VƏFAT ETDİ
“Grey’s Anatomy” və “Euphoria” serialları ilə tanınan amerikalı aktyor Erik Deyn 53 yaşında dünyasını dəyişib.
Ajans.az People jurnalına istinadən xəbər verir.
2025-ci ilin aprel ayında aktyora amiotrofik lateral skleroz (ALS) diaqnozu qoyulduğu açıqlanmışdı. ALS mərkəzi sinir sistemini zədələyən, əzələlərin zəifləməsi və iflici ilə müşayiət olunan ağır və sağalmaz xəstəlikdir.
Aktyorun ailəsi jurnalın sorğusuna cavab olaraq bildirib:
“Dərin kədər hissi ilə bildiririk ki, Erik Deyn cümə axşamı günü ALS xəstəliyi ilə apardığı cəsarətli mübarizədən sonra vəfat edib. O, son günlərini dostlarının, sadiq həyat yoldaşının və həyatının mərkəzi olan iki gözəl qızı — Billi və Corciyanın əhatəsində keçirib”.
Erik Deyn geniş tamaşaçı auditoriyasına “Grey’s Anatomy” serialında canlandırdığı cərrah Mark Sloan obrazı ilə tanınıb. O, həmçinin “Euphoria” və “Charmed” seriallarında da rol alıb.