Reklam resmi
Reklam resmi

Tanınmış aktyor prokurorluğa İFADƏ VERDİ - Hər şey ÜZƏ ÇIXDI

Tanınmış aktyor prokurorluğa İFADƏ VERDİ - Hər şey ÜZƏ ÇIXDI
Dünya
607

Narkotiklə bağlı istintaq çərçivəsində saxlanılan və prokurorluqda ifadə verdikdən sonra sərbəst buraxılan aktyor İsmail Hacıoğlunun ifadəsi ictimaiyyətə açıqlanıb. 

Ajans.az xəbər verir ki, İsmail Hacıoğlu marixuana istifadə etdiyini etiraf edərək peşman olduğunu bildirib. O, maddəni stresli dövrlərində "rahatlamaq məqsədilə" istifadə etdiyini deyib.

Aktyor ifadəsində narkotik maddəni ilk dəfə Niderlandda olduğu dövrdə sınadığını bildirərək deyib:

"Əvvəllər Niderlandda olduğum bir vaxt maraq xətrinə marixuana adlı narkotik maddəni istifadə etmişəm. Bu maddəni ilk dəfə həmin şəkildə sınadım. Zaman-zaman bu maddədən istifadə etdiyim dövrlər olub".

O bildirib ki, maddəni internet vasitəsilə əldə edib:

"Maddəni Telegram adlı internet platformasında fəaliyyət göstərən narkotik satış qruplarındakı nömrələr vasitəsilə sifariş edirdim. Bu şəxsləri heç vaxt üz-üzə görməmişəm. Adətən yaşadığım ünvandakı poçt qutusuna maddəni qoyurdular, mən isə əvvəlcədən ora yerləşdirdiyim nağd pulu götürürdülər. İctimaiyyət tərəfindən tanınan şəxs olduğum üçün bu məsələdə xüsusi diqqətli olmuşam və heç kimlə üzbəüz maddə alış-verişi etməmişəm".

Narkotik maddə istifadə etdiyi üçün peşman olduğunu deyən Hacıoğlu, bu prosesdə peşə stresinin təsirli olduğunu vurğulayıb:

" Maddə istifadə etdiyim üçün peşmanam. Aktyorluq peşəsinin yaratdığı stresli dövrlərə görə rahatlamaq məqsədilə bu maddəyə yönəlmişdim. Marixuanadan başqa heç bir narkotik maddə istifadə etməmişəm. Narkotik maddə istifadə edilən hər hansı bir mühitdə olmamışam. Heç kimə narkotik maddə temin etməmişəm. Üzərimə atılan ittihamı bu şəkildə qəbul edirəm".

O, saxlanılmadan əvvəl bir serial layihəsi səbəbilə Ayvalık rayonunda olduğunu da bildirib:

"Saxlanılmamdan əvvəl bir serial layihəsi ilə əlaqədar Ayvalık rayonunda idim. Bu səbəbdən yaşayış yerimdə müəyyən miqdarda narkotik maddə var idi. Mobil telefonumu şifrəsi ilə birlikdə polis əməkdaşlarına təhvil verdim".

Polisdə prosedurları tamamlanan şübhəlilər tibbi müayinədən keçirildikdən sonra İstanbul Ədliyyə Sarayına göndəriliblər. Digər tərəfdən, müğənni Edis barəsində də saxlanılma qərarı çıxarıldığı bildirilib.

Mövzular:
aktyor saxlanılan

Digər Xəbərlər