Reklam resmi
Reklam resmi

Rusiyada kişi həbs zamanı qumbara PARTLADIB

Rusiyada kişi həbs zamanı qumbara PARTLADIB
Dünya

Rusiyanın Rostov vilayətinin Nikolaevka kəndində 19 fevral səhəri federal axtarışda olan 46 yaşlı kişinin həbsi zamanı partlayış baş verib.

Ajans.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Rostov vilayəti Baş İdarəsi məlumat yayıb. Mətbuat xidməti bildirir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları şübhəlinin mümkün yeri barədə məlumat alaraq ünvana gediblər.

Kişi həbsə müqavimət göstərdikdən sonra əlindəki qumbara partlayıb. İlkin məlumatlara görə, partlayış canlı qumbara səbəbindən baş verib.

Hadisə nəticəsində kişi yerində ölüb, iki polis əməkdaşı isə yaralanıb.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Rusiya hadisə

Digər Xəbərlər