Reklam resmi
Reklam resmi

ABŞ raket sistemləri yerləşdirəcək - BU ÖLKƏDƏ

ABŞ raket sistemləri  yerləşdirəcək - BU ÖLKƏDƏ
Dünya

ABŞ Filippində raket sistemləri və digər silah növləri yerləşdirmək niyyətindədir.

Ajans.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) ABŞ Dövlət Departamentinin Manilada keçirilən illik danışıqların yekunlarına dair bəyanatına istinadən məlumat yayıb.

Bəyanatda əlavə olaraq hansı silahların yerləşdirilməsinin planlaşdırıldığı dəqiqləşdirilmir. Bildirilir ki, tərəflər “ABŞ-nin qabaqcıl raket və pilotsuz sistemlərinin Filippində yerləşdirilməsinin artırılması üzərində işləyəcəklər”.

WSJ-nin məlumatına görə, Filippin Tayvan ətrafında baş verə biləcək mümkün hərbi münaqişə ssenarisində ABŞ strategiyasının əsas elementlərindən biri kimi nəzərdən keçirilir.

Mövzular:
ABŞ Filippin raket sistemləri silah növləri

Digər Xəbərlər