Reklam resmi
Reklam resmi

Erməni Katolikosun qohumları ev həbsinə buraxıldı

Erməni Katolikosun qohumları ev həbsinə buraxıldı
Dünya

Ermənistanda bütün ermənilərin Katolikosu II Qareginin yaxın qohumları barəsində seçki prosesinə maneçilik törətmə ittihamı ilə bağlı məhkəmə qərarı verilib.

Ajans.az erməni mediasına istinadla xəbər verir ki, Katolikosun qardaşı Gevorq Nersisyan və qardaşı oğlu Ambartsum Nersisyan barəsində seçilmiş həbs-qətimkan tədbiri dəyişdirilib.

Məhkəmənin qərarı ilə onlar hər biri üçün bir milyon dram məbləğində girov müqabilində 3 aylıq ev dustaqlığına buraxılıblar.

Qeyd edək ki, fevralın əvvəlində Ermənistan Baş Prokurorluğu II Qareginin özünə qarşı da məhkəmə qərarının icrasına mane olma ittihamı ilə cinayət işi başladaraq, onun ölkədən çıxışına qadağa qoyub.

Mövzular:
II Qaregin katolikos ev dustağı həbs qohum

Digər Xəbərlər