ABŞ-də FACİƏ-oyun zamanı ATIŞMA: HƏLAK OLANLAR VAR
ABŞ-ın Rod-Aylend ştatının Pawtucket şəhərində Koventri və Blekstoun komandaları arasında keçirilməsi planlaşdırılan orta məktəb xokkey oyunu zamanı atışma baş verib.
Ajans.az yerli mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində şübhəli şəxs də daxil olmaqla üç nəfər ölüb, daha üç nəfərin vəziyyəti ağır olaraq qiymətləndirilir.
New York Post qəzetinin yazdığına görə, 56 yaşlı Robert Dorgan buz meydançasında atəş açaraq ailə üzvlərini və ailə dostunu öldürüb, daha sonra isə intihar edib. İlkin ehtimallara əsasən, faciənin məişət zəminində baş verdiyi bildirilir.
Şəhər polis rəisi Tina Qonsalves hücumçunun şəxsiyyətini təsdiqləyib. Hadisə fevralın 16-da günortadan sonra, orta məktəb oyununun keçirilməsi nəzərdə tutulan qapalı buz meydançasında qeydə alınıb.
Faktla bağlı araşdırma aparılır.
Mövzular: