Reklam resmi
Reklam resmi

İsveçrədə sərnişin qatarı relsdən ÇIXDI: XƏSARƏT ALANLAR VAR

İsveçrədə sərnişin qatarı relsdən ÇIXDI: XƏSARƏT ALANLAR VAR
Dünya
420

İsveçrənin Valais kantonundakı Qoppenşteyn kəndi yaxınlığında sərnişin qatarına qar uçqunu düşüb və nəticədə qatar relsdən çıxıb.

Ajans.az yerli mediaya istinadən xəbər verir ki, qatar 80 sərnişin daşıyıb. Polis hadisə nəticəsində xəsarət alanların ola biləcəyini bildirib.

İsveçrə dəmir yolu şirkəti Bern-Lotschberg-Simplon açıqlamasında bildirib: “Qatar uçqun səbəbindən relsdən çıxdı. Sərnişinlər tezliklə təxliyə olunacaq”.

20Minuten nəşrinin məlumatına görə, uçquna güclü qar yağışı səbəb olub.

author picture
Leyla Bayandurlu
Mövzular:
İsveçrə qatar

Digər Xəbərlər