Reklam resmi
Reklam resmi

Ukrayna nümayəndə heyəti Cenevrədə keçiriləcək danışıqlar üçün yola düşüb

Ukrayna nümayəndə heyəti Cenevrədə keçiriləcək danışıqlar üçün yola düşüb
Dünya

Ukrayna nümayəndə heyəti Rusiya və ABŞ ilə planlaşdırılan üçtərəfli danışıqlarda iştirak etmək məqsədilə İsveçrənin Cenevrə şəhərinə yola düşüb.

Ajans.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Administrasiyasının rəhbəri Kiril Budanov özünün Telegram kanalında məlumat yayıb.

Bildirilib ki, danışıqlar üçtərəfli formatda ABŞ nümayəndələrinin iştirakı ilə keçiriləcək. ABŞ tərəfini Prezident Donald Trampın xüsusi elçiləri Stiv Vitkoff və Cared Kuşner təmsil edəcəklər.

Məlumata görə, ABŞ nümayəndələri paralel olaraq digər regional tərəfdaşlarla da məsləhətləşmələr aparır, mövqeləri əlaqələndirir və regionda vəziyyətin sabitləşdirilməsi istiqamətində mümkün addımları müzakirə edirlər.

author picture
Leyla Bayandurlu
Mövzular:
Rusiya Ukrayna

Digər Xəbərlər