Ukrayna məsələsi yenidən müzakirə OLUNACAQ
Rusiya, ABŞ və Ukrayna arasında Ukrayna münaqişəsinin həlli ilə bağlı danışıqların növbəti mərhələsinin tarixi və məkanı açıqlanıb.
Ajans.az TASS-a istinadən xəbər verir ko, bu barədə Kremlin sözçüsü Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, danışıqların yeni mərhələsi 17–18 fevral tarixlərində Cenevrədə üçtərəfli – Rusiya-ABŞ-Ukrayna formatında keçiriləcək.
Peskov həmçinin qeyd edib ki, Rusiya nümayəndə heyətinə bu dəfə Rusiya prezidentinin köməkçisi Vladimir Medinski rəhbərlik edəcək.
Kreml rəsmisi danışıqların gündəliyi və detalları ilə bağlı əlavə məlumat verməyib.
Mövzular: