Reklam resmi
Reklam resmi

Bu razılaşma Azərbaycan alimləri üçün yeni İMKANLAR YARADIB

Bu razılaşma Azərbaycan alimləri üçün yeni İMKANLAR YARADIB
Cəmiyyət

Ötən ilin sonlarında Elm və Təhsil Nazirliyi ilə Böyük Britaniyanın nüfuzlu Cambridge University Press nəşriyyatı arasında əldə edilən razılaşma Azərbaycan alimləri üçün beynəlxalq elmi nəşrlərə çıxış baxımından yeni imkanlar yaradıb. Razılaşmaya əsasən, ölkənin elmi və ali təhsil müəssisələrində çalışan tədqiqatçılar “Open Access” jurnallarda məqalələrini ödənişsiz dərc etdirmək imkanı qazanıblar.

Ajans.az xəbər verir ki, bu çərçivədə alimlər növbəti üç il ərzində nəşriyyatın yüzlərlə yüksək impakt faktorlu jurnalında məqalələrini limitsiz sayda dərc etdirə bilərlər. Adətən minlərlə manat təşkil edən məqalə nəşri xərcləri isə müqavilə çərçivəsində qarşılanır.

Artıq bu imkandan yararlanan alimlər də var. Bakı Mühəndislik Universitetinin müəllimi Sevda Hüseynova və Xəzər Universitetinin fakültə dekanı Engin Karadağ məqalələrini Cambridge University Press tərəfindən nəşr edilən açıq əlyetərli beynəlxalq elmi jurnallarda dərc etdiriblər.

Mövzular:
alimlər imkanlar

Digər Xəbərlər