Reklam resmi
Reklam resmi

Albaniyada süni intellekt nazirinin QALMAQALI

Albaniyada süni intellekt nazirinin QALMAQALI
Dünya

Albaniya hakimiyyəti Diella kimi tanınan süni intellekt nazirinin rəqəmsal şəklini istifadə etmək hüququnu itirmək riski ilə üzləşib. Virtual məmurun səsi və görünüşü aktrisa Anila Bişi tərəfindən təmin olunub.

Ajans.az xəbər verir ki, bu barədə Politico xəbər yayıb. Qəzet hökumət sözçüsü Manjola Hasdanın sözlərini sitat gətirir:

“Biz bu iddiaları gülünc hesab edirik, lakin bu vəziyyəti məhkəmədə həll etmək fürsətini alqışlayırıq”.

İddiaçı Bişi bildirir ki, hökumət qurumları ötən il razılaşdırılmış müddət bitdikdən sonra onun şəklini istifadəyə davam edib və bu hərəkətlər ona “ciddi və düzəlməz zərər” vurub. Aktrisa məhkəmə prosesi başa çatana qədər şəkilinin istifadəsinin dayandırılmasını tələb edir.

Qeyd olunur ki, ötən ilin dekabrında Albaniyada dövlət idarəçiliyinə rəqəmsal texnologiyaların tətbiqi ilə bağlı genişmiqyaslı təcrübə bəzi çətinliklərlə qarşılaşıb. O zaman süni intellekt nazirinin korrupsiya qalmaqalında adı hallandırılmışdı.

Diella 11 sentyabr 2025-ci ildə Dövlət Təchizatları Naziri vəzifəsinə təyin olunub. Nazirlik çərçivəsində süni intellektin dövlət qurumlarında tətbiqi, tender prosedurlarının şəffaflığı və neyron şəbəkələrinin istifadəsi nəzərdə tutulur. 27 oktyabrda Baş nazir Edi Rama Diellanın “uşaq gözlədiyini” və virtual “övladlarının” dövlət qulluqçularına işlərində kömək edəcəyini açıqlayıb.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Albaniya süni intellekt naziri Diella

Digər Xəbərlər