Reklam resmi
Reklam resmi

Kanadada məktəb atışmasında ölənlərin sayı TƏSDİQLƏNİB

Kanadada məktəb atışmasında ölənlərin sayı TƏSDİQLƏNİB
Dünya

Britaniya Kolumbiyasının Tumbler Rik şəhərində baş verən məktəb atışmasında ölənlərin sayı, əvvəlcə bildirildiyi kimi on nəfər deyil, doqquz nəfər olaraq dəqiqləşdirilib.

Ajans.az xəbər verir ki, bu barədə Regional Polis Komandirinin müavini Duane MacDonald mətbuat konfransında məlumat verib.

“Dünən yayılan bəzi məlumatları dəqiqləşdirmək və bu hadisə nəticəsində ümumilikdə doqquz nəfərin öldüyünü təsdiqləmək istərdim”, – deyə MacDonald bildirib. O, qurbanların ən azı altısının uşaq olduğunu əlavə edib.

Məlumata görə, polis məktəbdə helikopterlə xəstəxanaya aparılan iki ağır yaralı qız tapıb. Onlardan birinin əvvəlcə səhvən ölü olduğu bildirilsə də, qız sağ qalıb. MacDonald hər iki qurbanın vəziyyətini “kritik, lakin sabit” olaraq qiymətləndirib.

Hadisəni 18 yaşlı transgender qadın Jessie Van Rutselaar törədib. Silahlı şəxs əvvəlcə evində iki nəfəri – 39 yaşlı anasını və 11 yaşlı ögey qardaşını – öldürüb. Daha sonra məktəbə gedərək, orada 13-17 yaşları arasında olan bir müəllim, üç qız və iki oğlanı qətlə yetirib. Polis hadisə yerinə çatdıqda silahlı şəxs intihar edib.

Polis bildirib ki, silahlı şəxsin ailə üzvlərindən başqa digər qurbanlar onunla heç bir əlaqəyə malik olmayıb. Hadisə ilə bağlı araşdırmalar davam edir.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Kanada hadisə

Digər Xəbərlər