Türkiyədə İrana məxsus naməlum obyekt AŞKARLANIB
Türkiyənin Ordu vilayətinin Ünye rayonunda dəniz sahilində naməlum obyekt aşkarlanıb.
Ajans.az Sabah qəzetinə istinadən xəbər verir ki, aparılan ilkin araşdırmalar nəticəsində obyektin İrana məxsus kamikadze tipli pilotsuz uçuş aparatı (PUA) olduğu müəyyən edilib.
Bildirilir ki, sahildə şübhəli əşya görən vətəndaşlar dərhal 112 Təcili Yardım Xidmətinə məlumat veriblər. Hadisə yerinə polis, jandarma və sahil mühafizə əməkdaşları cəlb olunub.
Pilotsuz uçuş aparatının qalıqları ətraflı şəkildə araşdırılması üçün mütəxəssislərə təhvil verilib. Faktla bağlı araşdırma davam etdirilir.
Mövzular: