Reklam resmi
Reklam resmi

Ermənistan hərbçisi xidmət yerində vəhşicəsinə DÖYÜLDÜ

Ermənistan hərbçisi xidmət yerində vəhşicəsinə DÖYÜLDÜ
Dünya

Ermənistanının İstintaq Komitəsi müqavilə ilə xidmət edən hərbçinin vəhşicəsinə döyülməsi ilə bağlı cinayət işi açıb.

Ajans.az xəbər verir ki, bu barədə komitədən Ermənistan mətbuatına məlumat verilib.

Məlumata görə, faktla bağlı "ağır bədən xəsarəti yetirmə" maddəsi ilə cinayət iş açılıb və ilkin araşdırma aparılır.

Xəbərdə bildirilir ki, Kotayk bölgəsindən olan 24 yaşlı erməni hərbçi üz və gözü də daxil olmaqla ağır bədən xəsarətləri alıb.

Məlumata görə, hadisə fevralın 5-də İrəvanın hərbi hissələrindən birində olub. Lakin insidentlə bağlı yalnız iki gün sonra xəbər verilib.

author picture
Leyla Bayandurlu
Mövzular:
Ermənistan hərbiçi

Digər Xəbərlər